Qaltyenin oğlu həbs olunub

PSJ-nin keçmiş baş məşqçisi Kristof Qaltyenin övladlığa götürdüyü oğlu Marseldə saxlanılıb.

Allsport.az xəbər verir ki, Con Valoviç-Qaltier və daha bir neçə nəfər iyunun 5-də həbs edilib. O, 2022-ci ilin martında Nitsa prokurorluğunun başlatdığı istintaqla əlaqələndirilir. Müstəntiqlərin fikrincə, lisenziyasız agentlər Fransada köçürmələrdən pul ala bilərdilər.

Hazırda faktla bağlı qanunsuz agentlik fəaliyyəti, mütəşəkkil dəstədə dələduzluq, saxtalaşdırma və çirkli pulların yuyulması maddələri ilə araşdırma aparılır.

Həmin kateqoriyadan