- Baxış sayı: 43
- 02 Mart 2026 22:38
- Baxış sayı: 48
- Mart 02, 2026
- 0

21 yaşadək futbolçulardan ibarət Azərbaycan komandasının məşqçilər heyətində yeni təyinatlar həyata keçirilib.
Allsport.az xəbər verir ki, Rəşad Hüseynov U-21-in məşqçisi, Qara Qarayev isə analitik vəzifəsinə təyin olunub.
25 yaşından məşqçilik fəaliyyəti ilə məşğul olan Rəşad Hüseynov müxtəlif illərdə “Rəvan”, “Zirə”, “Sabah” və “Neftçi” klublarında çalışıb. 36 yaşlı mütəxəssis “Sabah”da əsas komandanın baş məşqçisinin köməkçisi vəzifəsini də yerinə yetirib.
Azərbaycan futbolunun tanınmış simalarından olan Qara Qarayevin isə peşəkar karyerasının böyük hissəsi “Qarabağ”la bağlı olub. Milli komandamızın 33 yaşlı sabiq yarımmüdafiəçisi daha sonra “Neftçi” və “Araz-Naxçıvan”da çıxış edib.