“Qarabağ” Əfran İsmayılovu sifariş etdi

Azərbaycan çempionu “Qarabağ” yeni transferi Əfran İsmayılovu UEFA-ya göndərdiyi sifariş ərizəsinə daxil edib. Allsport.az xəbər verir ki, milli komandamızın da şərəfini qoruyan futbolçunun hazırkı oyun forması imkan versə, baş məşqçi Qurban Qurbanov onun xidmətindən Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində yararlana bilər.

Qeyd edək ki, “Qarabağ” ÇL-in üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiya “Seltik”i ilə mübarizə aparır. Bu komanda ilə ilk oyun Qlazqoda keçiriləcək və viza problemini yoluna qoya bilmədiyinə görə, İsmayılov səfərə getməyəcək. Amma onun Bakıda keçiriləcək qarşılaşmada köhnə-yeni klubunda debüt etmək şansı olacaq.

“Seltik”lə “Qarabağ” arasındakı ilk matç iyulun 29-da, cavab qarşılaşması avqustun 5-də keçiriləcək.

Həmin kateqoriyadan