- Baxış sayı: 40
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

“Qarabağ” UEFA-nın klub reytinqində yerini yaxşılaşdırıb.
Allsport.az xəbər verir ki, ölkə çempionu avrokubokların əsas mərhələsi ərəfəsində yenilənən reytinqdə 12 pillə irəliləyib. Ağdam təmsilçisi 57-ci pilləyə yüksəlib.
“Köhlən atlar” mövsümə 69-cu yerdə başlamışdı. “Qarabağ”ın ehtiyatında hazırda 35.000 əmsal var.
Çempionlar liqasında “Qarabağ”ın rəqiblərindən 7-si reytinqdə onu üstələyir. “Liverpul” 5-ci (107.500 əmsal), “Benfika” 10-cu (83.750), “Çelsi” 12-ci (82.000), “Ayntraxt” 15-ci (80.000), “Napoli” 31-ci (57.000), “Ayaks” 35-ci (54.250), “Kopenhagen” 40-cı (48.375) yeri tutur. Yalnız 62-ci (32.750) pillədə olan “Atletik” Azərbaycan çempionundan geri qalır.