- Baxış sayı: 30
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 22
- Dekabr 05, 2025
- 0

“Qarabağ”ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.
Allsport.az xəbər verir ki, Ağdam təmsilçisi Zell-Am-Seenin Kaprun bölgəsində 4 sınaq matçına çıxacaq.
İyulun 7-də keçiriləcək ilk görüşdə rəqib Xarkov “Metallist”i olacaq.
Yerli vaxtla: 17:30 | Bakı vaxtı ilə: 19:30
İyulun 11-də “Qarabağ” “Tvente” ilə iki oyuna çıxacaq:
1-ci oyun – 15:00 (Bakı vaxtı ilə 17:00)
2-ci oyun – 17:15 (Bakı vaxtı ilə 19:15)
İyulun 15-də toplanışın son matçı “Zalsburq”a qarşı olacaq.
Yerli vaxtla: 18:00 | Bakı vaxtı ilə: 20:00
Qarşılaşmaların hamısı Kaprun stadionunda baş tutacaq.
Komandamız hazırlığa iyunun 18-də Bakıda start verib və iyulun 2-dən 16-dək Avstriyada təlim-məşq toplanışı keçirəcək.