- Baxış sayı: 11
- 27 Noyabr 2024 19:20
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Bu gün AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz premyer liqasının 26-cı turunun oyunları ilə bağlı qərarlar çıxarılıb:
“Qəbələ” – “Keşlə” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Səbail” – “Zirə” matçının 43-cü dəqiqəsində “qartallar”ın futbolçusu Riçard Qadze simuliyasiyaya görə sarı vərəqə ilə cəzalanıb. Lakin oyunun videoyazısına baxıldıqda hakimin epizodu düzgün qiymətləndirmədiyi müəyyən olunub. Oyunun video yazısını izlədikdən sonra İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:
Oyunun 43-cü dəqiqəsində “Zirə”nin futbolçusu Riçard Qadzeyə göstərilmiş sarı vərəqə ləğv edilib.
“Qarabağ” – “Neftçi” matçında “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.