- Baxış sayı: 25
- 27 Yanvar 2026 16:39
- Baxış sayı: 470
- Yanvar 26, 2026
- 0

“Qarabağ” fevralın 1-dən Azərbaycan premyer liqasındakı oyunlarını Tofiq Bəhramov adına respublika stadionunda keçirəcək.
Allsport.az xəbər verir ki, Ağdam təmsilçisi PFL-ə müraciət edərək, “Turan Tovuz” klubunun da ev oyununu müvəqqəti keçirəcəyi “Azərsun Arena”nın ot örtüyünün hazırda yaxşı vəziyyətdə olmaması və durumun daha da ağırlaşması hallarından qorunması məqsədilə fevralın 1-dən etibarən ev oyunlarının Tofiq Bəhramov adına respublika stadionunda keçirilməsinə şərait yaradılmasını xahiş edib.
Stadionun hazırki durumu, “Qarabağ” klubunun müraciəti və ümumi infrastruktur şəraitinin daha yaxşı saxlanılmasının önəmini rəhbər tutan PFL “Qarabağ”ın ev oyunlarının fevralın 1-nə təyin olunan “Turan Tovuz”la görüşdən etibarən növbəti bildirişə qədər Tofiq Bəhramov adına respublika stadionunda təşkilinə qərar verib.