“Qarabağ” Gəncə klubunu Respublika stadionunda qəbul edəcək
14 sentyabr 2017 / 19:04 Baxış sayı: 962 Cari mövsümdə “Qarabağ” ilk dəfə Tofiq Bəhramov adına Respublika stadionunda premyer liqa oyununa çıxacaq. Allsport.az saytı xəbər verir ki, “köhlən atlılar” sentyabrın 17-də “Kəpəz”i qəbul edəcək.
İndiyədək oyunlarını Suraxanıda “Azərsun arena”da keçirən Qurban Qurbanovun komandası meydanı U-19-a verib. “Qarabağ”ın aşağı yaş qrupu Gənclər liqasını burada keçirəcək.