”Qarabağ” iki yoxlama oyun keçirəcək

“Qarabağ”ın qış təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama görüşlərində qarşılaşacağı rəqibləri müəyyənləşib.

Allsport.az xəbər verir ki, Ağdam təmsilçisi hazırlıq prosesinin ikinci mərhələsi yanvarın 10-dan 17-dək Antalyanın Bələk bölgəsində yerləşən “Gloria Sports Arena”da keçiriləcək. Komanda bu müddət ərzində təlim-məşq toplanışını davam etdirəcək.

Toplanış çərçivəsində “Qarabağ” yanvarın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə saat 17:00-da (Bakı vaxtı ilə 18:00-da), yanvarın 16-da isə Polşanın “Zaqlebie Lubin” klubu ilə saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) yoxlama görüşləri keçirəcək.

“Qarabağ” yeni ildə ilk rəsmi oyununa yanvarın 21-də çıxacaq. “Köhlən atlar” çempionlar liqasının əsas mərhələsi çərçivəsində Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşacaq.

Həmin kateqoriyadan