- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 179
- Fevral 06, 2026
- 0
Azərbaycan Kubokunun və Premyer Liqasının son qalibi “Qarabağ” hazırda istirahətdədir. Allsport.az xəbər verir ki, 2014/15 mövsümünü qızıl dublla başa vuran komandada legionerlər vətənlərinə yollansa da, millidə çıxış edən futbolçular yığma ilə birlikdə hələ də təlim-məşq toplanışdadırlar.
Yeni mövsüm üçün komanda iyunun 18-də yığışacaq. Çempionlar Lİqasının ikinci təsnifat mərhələsindən yarışa başlayacaq olan Ağdam klubu təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq. Komanda ötən il olduğu kimi, bu il də Almaniya – Avstriya sərhəddində yerləşən Kössendə hazırlıq keçəcək. Püşkün nəticəsindən asılı olaraq komandanın ölkəyə dönüş tarixi müəyyənləşəcək.
Qeyd edək ki, ÇL-in qeyd olunan mərhələsinin oyunları 14,15 və 21,22 iyul tarixlərində keçiriləcək. Püşkə görə “Qarabağ” ilk oyunu “evdə” keçirməli olsa, iyulun 8-də Bakıya qayıdacaq.