“Qarabağ” kuboku qazanıb, qızıl dubla imza atdı

Bu gün Azərbaycan kubokunda 2014/15 mövsümünün final oyunu keçirilib. Allsport.az xəbər verir ki, Qəbələdə keçiriləcək qarşılaşmada bütün çempionatlarımızın iştirakçısı olmuş iki komanda – “Qarabağ”la “Neftçi” üz-üzə gəlib.

Ardıcıl 4-cü dəfə finala yüksələn “Neftçi” son 2 mövsümdə əldə etdiyi mükafatı qorumağı, ölkə çempionu “Qarabağ” isə “Qızıl dubl”a imza atmağı hədəfləmişdi. 4 qolun vurulduğu qarşılaşmada qələbə məhz Ağdam klubuna qismət olub. Nəticədə, Qurban Qurbanovun komandası mövsümü qızıl dublla başa vurub.

Azərbaycan kuboku
Final
3 iyun

“Qarabağ” – “Neftçi” – 3:1 (2:0)
Qollar: Reynaldo, 5 (1:0). Reynaldo, 39 (2:0). E.Nfor, 77 (2:1). M.Muarem, 84 (3:1).
Qəbələ şəhər stadionu.

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 24. Admir Teli, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 21.Tural Rzayev.
Baş məşqçi: Qurban Qurbanov.
“Neftçi”: 1. Aqil Məmmədov, 2. Karlos Kardoso, 3. Denis Silva, 7. Araz Abdullayev (k), 8. Elşən Abdullayev, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 18. Kaue da Silva, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 4. Rahil Məmmədov, 17. Rəhman Hacıyev, 20. Fəhmin Muradbəyli, 21. Samir Məsimov, 28. Emin Mehdiyev, 90. Ernest Nfor.
Baş məşqçi: Arif Əsədov.

Həmin kateqoriyadan