- Baxış sayı: 3
- 06 Fevral 2026 10:17
- Baxış sayı: 213
- Fevral 04, 2026
- 0

Çempionlar liqasının 1-ci ələməsində “Qarabağ”ın “Lex”lə Bakıdakı cavab oyunundan sonra maraqlı an yaşanıb. Allsport.az saytı xəbər verir ki, görüşü idarə edən ingiltərəli hakimlər – Endrü Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper həmkarları Tofiq Bəhramovun abidəsini ziyarət ediblər.
Həmyerlimiz 1966-cı il dünya çempionatında İngiltərə və AFR (Qərbi Almaniya) milliləri arasında keçirilmiş final matçında hesab 2:2 olarkən, əlavə vaxtda isveçrəli baş hakim Qottfrid Dinst azərbaycanlı yan xətt hakimi ilə məsləhətləşdikdən sonra mərkəzi göstərib.
Sonradan daha 1 qol vuran meydan sahibləri 4:2 hesablı qələbə sayəsində dünya çempionu olublar. Bu matçdan sonra Tofiq Bəhramov ingilislərin qəlbində xüsusi yer tutub.