- Baxış sayı: 10
- 30 Mart 2026 10:58
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Bu gün çempionlar liqasının qrup mərhələsinin 4-cü turuna start verildi. Allsport.az saytı xəbər verir ki, “Qarabağ” Madriddə yerli “Atletiko”sunun qonağı oldu.
“Vanda Metropolitano” stadionunda hesabı bizimkilər açdı. Miçel 40-cı dəqiqədə baş zərbəsi ilə gözəl qol vurdu. Komandamız 2-ci yarıda da hücumlar qurdu. Amma Pedro Enrikenin 56-cı dəqiqədə qırmızı vərəqə alması durumu çətinləşdirdi.
Bundan yararlanan rəqib hesabı bərabərləşdirdi. “Hindular” çoxluqdan istifadə edib xeyli müddət təzyiqi davam etdirdi. Amma 88-ci dəqiqədə “Atletiko” da azlıqda qaldı. Sonadək döyüşən “Qarabağ” Madriddə də xal qazandı – 1:1.