- Baxış sayı: 38
- 12 Yanvar 2026 22:50
- Baxış sayı: 207
- Yanvar 11, 2026
- 0

“Qarabağ” Antalyada təşkil olunan təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Allsport.az xəbər verir ki, ölkə çempionunun 2026-cı ildəki ilk rəqibi Özbəkistanın “Neftçi” klubu olub.
Fərqanə təmsilçisi ilə matç Bələk bölgəsindəki “Gloria Sports Arena”da baş tutub.
Qarşılaşma komandamızın üstünlüyü ilə keçib. Bu, hesabda da öz əksini tapıb. “Qarabağ” ilk yarıda rəqib qapısından 4 top keçirib. Marko Yankoviç iki, Leandro Andrade ilə Joni Montiel hərəyə bir dəfə fərqlənib.
İkinci hissədə də oyunun ssenarisi dəyişməyib. Hücumlarını davam etdirən Ağdam təmsilçisi daha bir qol vurub. Nəriman Axundzadə rəqib qapısına yol tapıb.
Beləliklə, “Qarabağ” yoxlama oyununda 5:0 hesabı ilə qalib gəlib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv növbəti matçını yanvarın 16-da keçirəcək. Polşanın “Zaqlebie Lubin” klubu ilə qarşılaşma saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) başlayacaq.