- Baxış sayı: 31
- 06 Fevral 2026 10:17
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

“Qarabağ” Azərbaycan premyer liqasının 2024/25 mövsümündə 28-ci qələbəsini qazanıb.
Allsport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv sonuncu – XXXVI turda “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəlib.
Səfərdəki üç xal Ağdam klubunun cari çempionatda 28-ci qələbəsi olub. Bununla da “Qarabağ” mövsüm ərzində qazanılan qələbə sayında tarixinin rekordunu təkrarlayıb. 12 qat ölkə çempionu iki il əvvəl – 2022/23 mövsümündə də 28 qələbə əldə edib.
Azərbaycan çempionatları tarixində yalnız bir dəfə daha çox qələbə qazanan komanda olub. “Neftçi” 1992-ci ildə 36 oyunda 30 dəfə qalib gəlib.