“Qarabağ” və “Ferenstvaroş” oyununda videoköməkçi hakim

Çempionlar liqasının 3-cü ələməsində “Qarabağ”“Ferenstvaroş” arasında oyunlarda videoköməkçi hakim (VAR) sistemindən istifadə olunacaq. Allsport.az saytı xəbər verir ki, bu mərhələsinin bütün matçlarında ilk dəfə VAR tətbiq olunacaq.

UEFA bu qurğunu çatdırmaq üçün, klublar və televiziya yayımına cavabdeh olan müvafiq telekanallarla sıx əməkdaşlıq edir. Bu komandalar arasında ilk görüş avqustun 3-də Tofiq Bəhramov adına respublika stadionunda saat 20:00-da başlayacaq.

Cavab görüşü ayın 9-u Macarıstan paytaxtı Budapeştdə Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Həmin kateqoriyadan