- Baxış sayı: 35
- 25 Mart 2026 22:56
- Baxış sayı: 204
- Mart 25, 2026
- 0

“Qarabağ” yeni mövsüm üçün ilk transferini reallaşdırıb.
Allsport.az xəbər verir ki, Ağdam təmsilçisinin Portuqaliyanın “Torrense” klubu ilə aparılan danışıqları uğurla nəticələnib və müdafiəçi Dani Bolt heyətə cəlb edilib.
“Köhlən atlar” 25 yaşlı braziliyalı futbolçu arasında 3+1 illik müqavilə imzalayıb. Sağ cinah müdafiəçisi “Qarabağ”da 18 nömrəli forma ilə çıxış edəcək.
Daninin son klubu Portuqaliya təmsilçisi “Torrense” olub. 2024-2025-ci illərdə formasını geyindiyi bu klubadək Braziliyada çıxış edən Bolt yetirməsi olduğu “Fluminense”, həmçinin “Atletiko Paranaense”, “Vitoriya” və “Yuventud”un şərəfini qoruyub.