- Baxış sayı: 26
- 30 Mart 2026 12:48
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

“Qarabağ” klubu premyer liqada ardıcıl 6-cı qələbəsini qazanıb. Allsport.az saytı xəbər verir ki, 4-cü turdan təxirə salınan səfər matçında “Səbail”i 2:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası qış fasiləsinə rekord seriyası ilə yollanıb.
6 oyunluq qələbə seriyası cari mövsümün ən yaxşı göstəricisidir. Bunadək rekord yenə “Qarabağ”a məxsus idi. Ağdamlılar ilk 5 turda xal itirməmişdi. 14-cü turda həmin uğuru təkrarlayan komanda təxirə salınmış matçda nəticəni yeniləyib.