- Baxış sayı: 16
- 05 Dekabr 2025 11:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Allsport.az saytı xəbər verir ki, indiyədək heç bir Azərbaycan təmsilçisi avrokubokda ardıcıl 5 oyunda qələbə qazanmayıb. Buna qədər uğurlu göstərici “Neftçi”yə məxsus idi. Bayraqdar 2019-2020 mövsümündə Avropa liqasının ilk 2 mərhələsini evdə və səfərdə itkisiz başa vurmuşdu. O zaman “xalq komandası”nın baş məşqçisi italiyalı Roberto Bordin idi.
Fərəhlidir ki, bu dəfə rekordu azərbaycanlı məşqçi qırıb. Qurban Qurbanovlu “kəhər atlar” çempionlar liqasının 2-ci ələməsində 3:0, 1:0 “Şelburn”u (İrlandiya); 3-cü təsnifatda 1:0, 5:1 “Şkendiya”nı (Şimali Makedoniya) və pley-offun ilk görüşündə səfərdə 3:1 “Ferensvaroş”u (Macarıstan) yenib.