“Qarabağ”ın çox güclü olması hamıya bəllidir”

“Karvan-Yevlax”ın baş məşqçisi Azər Həşimov “Qarabağ” görüşdən sonra (0:2) jurnalistlərin suallarını cavablandırıb. Allsport.az xəbər verir ki, mütəxəssis öncə rəqibi çempionlar liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edib:

“Üçüncü oyunumuzdur ki, oynayırıq. Hər görüşdən sonra öz oyunumuzu təhlil edirik, daha da yaxşı olmağa çalışırıq. Yevlaxdan gələrək, bizə dəstək olan azarkeşlərə də təşəkkür edirəm. Bizi tək qoymurlar.

“Qarabağ”ın çox güclü olması hamıya bəllidir. Döyüşkən mübarizə apardıq. Birinci hissədə də iki qol imkanımız var idi. İkinci hissədə isə “Qarabağ” 2-ci qolu vurdu, qalib gəldi. “Qarabağ”a çempionatda və ÇL-də uğurlar arzulayıram”.

Həmin kateqoriyadan