- Baxış sayı: 23
- 24 Noyabr 2024 11:42
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Həftə sonu “AHF arena”da həndbol üzrə ölkə çempionatının super liqasında 6-cı turun matçları baş tutdu. Qadınların mübarizəsində turun mərkəzi görüşü “Qarabağ” və “Kür” arasında oldu. Daha üstün oyun nümayiş etdirən meydan sahibələri 29:25 hesabı ilə qalib gəldi, ilk dövrədə Mingəçevirdə qələbənin təsadüfi olmadığını süvut etdi. Qarşılaşmadan sonra “Qarabağ” aparıcı legionçusu İrina Mixalkoviç sevincini allsport.az saytına bölüşdü:
“İlk görüşdə səfərdə 1 top üstünlüyü ilə qalib gəlmişdik. Onda bir-birimizin oyununu görsək də, hələ yaxşı tanımırdıq. Bu dəfə ayrı cür oldu: rəqibi yaxşı təhlil etdik, daha çox hazırlaşdıq, “Kür”ün güclü tərəflərini bağlamağa çalışdıq. Bizdə komanda ruhu yüksəkdir. Yalnız qələbəyə köklənmişdik.
Rəqib güclüdür, yaxşı oyunçulara malikdir. Adətən, çox istəyən qalib gəlir. Bu gün biz çox qaçdıq. Qarşı tərəfin baş məşqçisi barədə bir söz deyə bilmərəm, amma Sergey Kambur bizi yaxşı hazırlamışdı. Çox istəyirdik ki, yeni təqvim ilinə yüksək ovqatda yollanaq.
Hədəfimiz çempionluqdur. Buna doğru gedirik. Hələ qarşıda çox oyunlar var. Çox çalışmalıyıq. “Kür” ilə daha 2 görüşümüz var. Hələ ki, uğur bizim tərəfimizdədir (gülür)”.