- Baxış sayı: 188
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 188
- Dekabr 05, 2025
- 0

Allsport.az saytı xəbər verir ki, Bakıda başlayacaq məşqlərə iyunun 18-də start veriləcək. Millilərin üzvü olan futbolçularımız komandamızın hazırlığına ayın 23-də qoşulacaqlar. Paytaxt toplanışında 2 yoxlama oyununun keçirilməsi planlaşdırılır. Bu görüşlərin iyunun 29-da və iyulun 2-də təşkil olunması nəzərdə tutulub.
Hazırlığın 2-ci mərhələsi Avstriyada gerçəkləşəcək. Komandamız iyulun 5-dən 17-dək Tirol bölgəsində təlim-məşq toplanışı keçirəcək. Hazırlıq çərçivəsində iki oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq.
Bu matçlardan 2-si iyulun 9-da, 2-si 16-da baş tutacaq. Texniki heyət tərəfindən komandamızın hazırlıq planında hər hansı bir dəyişiklik olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.