- Baxış sayı: 37
- 02 Yanvar 2025 23:44
- Baxış sayı: 57
- Dekabr 29, 2024
- 0
“Qarabağ” qitə liqasının “İ” qrupunda son ev oyununu Bakıda keçirə bilər. Allsport.az saytı xəbər verir ki, bunu klubun direktoru Əmrah Çəlikəl deyib. O, İsrailin “Makkabi”sini (Təl-Əviv) paytaxtda qəbul etmək niyyətində olduqlarını söyləyib:
“Əslində, “Sivasspor”la oyunu da Bakıda keçirmək istəyirdik. Ancaq UEFA matçın İstanbulda baş tutmasını qərara aldı. “Makkabi”ni paytaxtımızda qəbul etmək istədiyimizi UEFA-ya bildirmişik. Bununla bağlı yekun qərar bu həftə ərzində bilinəcək”.
Xatırladaq ki, “Qarabağ” ölkəmizdə hərbi vəziyyətlə əlaqədar “Vilyarreal” (İspaniya) ilə İstanbulun “Başağşəhər Fateh Tərim” stadionunda qəbul edib (1:3). Noyabrın 26-da həmin məkanda adı çəkilən Türkiyə komandasını qəbul edəcək (apasport.az).