- Baxış sayı: 31
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

“Qarabağ” futbol klubunun təşkilatçılığı ilə keçirilən “Milli mətbuat 150” mini futbol turniri başa çatıb.
Allsport.az final görüşlərində qeydə alınan nəticələri təqdim edir
Final: J United 3 – 9 İnternasional
3-cü yer uğrunda: CanSports 17 VS 5 Media Star
5-ci yer uğrunda: Futbol+ Komanda 0 VS 7 Galaksi
Oyunların ardından mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları “Qarabağ”ın baş direktoru və idarə heyətinin üzvü Əmrah Çəlikəl, eləcə də idarə heyətinin üzvləri Asif Əsgərov və Rafiq Şahverdiyev təqdim ediblər. Öncə turnirin ərsəyə gəlməsində dəstək olan tərəfdaşlara xatirə hədiyyələri, turnir iştirakçıları tərəfindən imzalanmış formalar təqdim olunub. Ardınca görüşləri idarə edən hakimlərə diplom və hədiyyələr verilib. Xanımlar üçün təşkil olunmuş özəl müsabiqələrin qalibi olmuş idman jurnalistlərinə xüsusi hədiyyələr təqdim edilib.
Turnirin yekununa əsasən, “İnternasional” komandası çempion olaraq qızıl medallara və kuboka sahib çıxıb. “J United” gümüş, “CanSports” isə bürünc medallarla təltif olunub.
Turnirin “Ən yaxşı oyunçusu” adına layiq görülən “İnternasional” komandasının üzvü Xanoğlan İmanova fərdi kubok təqdim olunub. “Ən sərrast oyunçu” mükafatı isə “CanSports” komandasının üzvü Etibar Tağıyevə təqdim edilib.