“Qarabağ”ın oyununa satılan bilet sayı

Çempionlar liqasının pley-off mərhələsinin “Qarabağ” – “Ferensvaroş” (Macarıstan) oyununa satılan bilet sayı açıqlanıb.

Allsport.az xəbər verir ki, qarşılaşmaya 28 800 bilet satılıb.

Matç üçün bilet qiymətləri 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektoru üçün nəzərdə tutulan biletlərin qiyməti isə 300 manatdır.

“Qarabağ” – “Ferensvaroş” matçı avqustun 27-də, Tofiq Bəhramov adına respublika stadionunda, saat 20:45-də start götürəcək. Macarıstanda keçiriləm ilk oyunda “köhlən atlar” 3:1 hesablı qələbə qazanıb.

Həmin kateqoriyadan