- Baxış sayı: 19
- 05 Dekabr 2025 14:55
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Bakıda “Qarabağ” və “Ferensvaroş” arasında keçiriləcək çempionlar liqasının pley-off mərhələsinin cavab oyunu üçün təyinatlar açıqlanıb.
Allsport.az xəbər verir ki, matçı Fransadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Kleman Türpinə yan xətt hakimləri qismində Nikolas Danos və Aleksis Auqe yardımçı olacaq.
Dördüncü hakim funksiyasını Romen Lissorqe yerinə yetirəcək. VAR hakimi Cerom Brisar, AVAR isə Nikolas Reynvil olacaq.
Avqustun 27-də Tofiq Bəhramov adına respublika stadionunda təşkil olunacaq oyun saat 20:45-də start götürəcək. Macarıstanda keçirilən oyunda Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.