- Baxış sayı: 24
- 15 Yanvar 2026 19:37
- Baxış sayı: 40
- Yanvar 15, 2026
- 0

Çempionlar liqasının əsas mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayntraxt Frankfurt” (Almaniya) oyununun biletləri 16 yanvar, saat 12:00-dan etibarən satışda olacaq.
Allsport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək oyuna biletlər 10-1000 AZN qiymət aralığındadır.
Standart biletlərin qiyməti: 10, 15, 25, 35, 40, 50, 75 AZN
VİP sektorlar: 200, 250, 300 və 400 AZN
VVİP sektorlar: 1000 AZN
Biletlər “iTicket.az”ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.