- Baxış sayı: 34
- 25 Mart 2026 22:56
- Baxış sayı: 204
- Mart 25, 2026
- 0
İsveçrə çempionatında 4-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Yanq Boyz” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Tyun”la qarşılaşıb. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsiilə başa çatıb. Ağdamlıların rəqibinin heyətində Milan Vilotiç (13-cü dəqiqə), Milan Qayiç (45) və Haris Tabakoviç (84) fərqlənib.
Qeyd edək ki, bu qələbə “Yanq Boyz”un cari mövsümdəki ilk qələbəsi olub. Komanda bundan əvvəlki hər üç oyununda heç-heçə etmişdi. “Qarabağ”ın rəqibi hazırda 6 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
“Qarabağ”la “Yanq Boyz” arasındakı ilk oyun avqustun 20-də Berndə, cavab matçı isə ayın 27-də Bakıda keçiriləcək.