- Baxış sayı: 23
- 05 Dekabr 2025 11:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

“Qarabağ”la Portuqaliya təmsilçisi “Portimonense” arasında əməkdaşlıq inkişaf etdiriləcək.
Allsport.az xəbər verir ki, bu məqsədlə Pireney klubunun idman direktoru Fernando Yamada ölkəmizə təşrif buyurub.
Klubun baş direktoru, idarə heyətinin üzvü Əmrah Çəlikəl və idarə heyətinin üzvü Asif Əsgərov qonaqla görüşüblər. Fernando Yamada “Portimonense”nin prezidenti Rodiney Sampayonun salamlarını çatdırıb. Klub rəhbərləri Kamilo Duranın transferi ilə bağlı görüşmələr zamanı yaranan isti münasibəti növbəti səviyyəyə çatdırmaq üçün belə görüşün də zəruriliyini dilə gətiriblər və ilk olaraq Portuqaliya təmsilçisi Bakıya dəvət olunub.
Klubların rəsmiləri arasında əməkdaşlıq və digər mövzularda müzakirələr aparılıb. Idarə heyətinin üzvləri qonaqla xatirə şəkli çəkdiriblər.