“Qaracalar” kikboks klubu Gürcüstan çempionu olub

Tilfisdə kikboks üzrə Gürcüstan çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, birincilikdə ölkənin müxtəlif şəhər və bələdiyyələrdən idmançılar iştirak ediblər. Azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunun “Qaracalar” kikboks klubu daha çox uğur qazanıb. Fərdi göstəricilərə əsasən, klubun 8 yetirməsi müxtəlif çəki dərəcəsində 1-ci, 5 idmançısı 2-ci yerə layiq görülüb.

Komandalar arası göstəricilərə görə, “Qaracalar” kinkboks klubu Gürcüstan çempionu olub. Klubun yetirməsi Emil Xəlilov Vako versiyası üzrə Avropa” çempionatında iştirak hüququ qazanıb. O, Gürcüstanı 63 kq-da təmsil edəcək.

Klubun baş məşqçisi 2018-ci ildə Avropa çempionu olaraq ilk rəsmi peşəkar kəməri vətənə gətirmiş İsfahan Əliyevdir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish