“Qarşıdakı oyunlara köklənəcəyik”

“Kəpəz” premyer liqanın XXVI turunda “Qəbələ”yə uduzub – 0:2.

Allsport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov məğlubiyyəti belə şərh edib:

“Aprel döyüşlərində canlarından keçən bütün şəhidlərimizə Allah rəhmət eləsin. Oyuna gəldikdə isə məğlubiyyətsiz seriyanın qırılacağını, çox yaxşı 4 turdan sonra bir səhvin olacağını gözləyirdim. Meydanda rəqibin bizdən daha çox qələbə istədiyi hiss olunurdu. 2-ci hissədə buraxdığımız səhvlər qolla nıticələndi. Rəqibi təbrik edirəm. Çempionat davam edir, qarşıdakı oyunlara köklənəcəyik”.

Həmin kateqoriyadan