Qasperini 1000-ə çatdı

“Roma” “A” seriyasının XIX turunda “Leççe”ni 2:0 hesabı ilə məğlub edib.

Allsport.az xəbər verir ki, bu qələbə ilə paytaxt təmsilçisinin baş məşqçisi Can Pyero Qasperininin çempionatdakı xalları 1000-ə çatıb.

Qasperini buna nail olan üçüncü məşqçidir. Birinci sırada 1050 xalla Massimiliano Alleqridir. İkinci isə Luçano Spalettidir – 1014 xal.

Həmin kateqoriyadan