- Baxış sayı: 43
- 02 Mart 2026 22:38
- Baxış sayı: 49
- Mart 02, 2026
- 0

“Qranada” turnir reqlamentini pozduğuna görə İspaniya kubokundan kənarlaşdırılıb.
Allsport.az xəbər verir ki, noyabrın 2-də “Qranada” kubokun 1-ci turunun matçında “Arosa”nı 3:0 hesabı ilə məğlub etsə də, sonradan qapısını təmiz saxlayan 24 yaşlı qapıçı Adrian Lopezin oyunda iştirak hüququ olmadığı məlum olub.
Bu səbəbdən İspaniya kral futbol federasiyasının intizam komitəsi “Qranada”ya 0:3 hesablı texniki məğlubiyyət qərarı verib. Əlavə olaraq klub 6 min avro cərimələnib.