- Baxış sayı: 8
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 44
- Dekabr 05, 2025
- 0

Son dönəmdə gənclər və idman nazirliyi ətrafında söz-söhbət artıb. Bilərəkdən bu qurumun rəhbər vəzifələrinə yeni şəxslərin təyin olanacağı barədə bilgilər yayımlanır. Adı hallananlardan sırasında FİFA-da üzv assosiasiyaların direktoru Elxan Məmmədov da var. Allsport.az portalının əldə etdiyi məlumata görə, AFFA-nın keçmiş baş katibi hazırkı durumundan məmnundur və nazir olmaq niyyəti yoxdur. Sadəcə, onun ali qurumda mövqeyinin güclənməsi ölkə futbolunda bəzi nüfuzlu şəxsləri bərk narahat edir. O üzdən məqsədli şəkildə Elxan Məmmədovu gündəmə gətirərək, onu “vurmaq”, beynəlxalq səhnədə yerini zəiflətmək istəyirlər.
Fərid Qayıbova gəlincə, hazırda tək görünsə də, işgüzar fəaliyyəti ilə bütün diqqətini MDB oyunlarına yönəldib. İdmanda verdiyi mühüm qərarlar sağlam rəqabətə yol açıb. İnfrastrukturun qorunması, möhkəmlənməsi və genişlənməsi istiqamətində düzgün addımlar atır. Mərhum nazir Azad Rəhimovun komandasının guya ona qarşı olması xəbərləri də yalandır, Baxmayaraq ki, hazırda onların çoxu başqa sahədə çalışırlar. Böyük ehtimalla, üçüncü qüvvə düşünülmüş şəkildə bunca bilgiləri yayaraq, gənc nazirin diqqətini yayındırmaq məqsədi güdür. Çünki şübhə hər zaman fikri doğru şeydən azdıran ən gözəl üsuldur.