Qazax şəhəri 2026-cı il üçün ölkəmizin “İdman paytaxtı”dır

Allsport.az saytı xəbər verir ki, bu barədə qərar 2024-cü il dekabrın 16-da gənclər və idman nazirliyinin kollegiya iclasında səsvermənin nəticəsinə əsasən qəbul edilib.

“İdman paytaxtı”nın simasında Qazaxın rəmzlərindən olan Göyəzən dağı və Dilbaz atı təsvir edilib. Layihənin şüarı da Qazaxın idman ruhunu və dinamizmini ifadə edir: “Qazax – hərəkətə qoşul!”

Layihə üçün hazırlanan maskotda isə gənc idmançı Qazaxa xas aşıq sənətinin rəmzi olan sazla əks olunub. “İdman paytaxtı” layihəsinin şüarı və maskotu süni intellekt vasitəsilə hazırlanıb.

“İdman paytaxtı” statusunu 2024-cü ildə Quba, 2025-ci ildə isə Qəbələ daşıyıb.

Həmin kateqoriyadan