Qazaxıstanda səfərdə olub

AFFA-nın lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov, 20-21 iyulda UEFA-nın matç direktoru qismində Qazaxstanın Kostanay şəhərində olub. Allsport.az saytı xəbər verir ki, o, ötən mövsüm ölkə çempionu olan “Tobol”un ev oyunlarını keçirdiyi “Tsentralnı” stadionunun 2022/23-cü illər mövsümünə UEFA yarışlarına hazırlıq səviyyəsi ilə tanış olub.

Həmçinin, konfrans liqası çərçivəsində 21 iyulda stadionda keçirilmiş qarşılaşmada (“Tobol” – “Lincoln Red İmps”) təşkilatı məsələlər və matç günü əməliyyatları ilə maraqlanıb. Səfər zamanı, həm də, klubun nümayəndələri ilə görüşdə yeni mövsümdə tətbiq olunacaq qaydalarda ötən mövsümə nisbətən baş vermiş dəyişikliklər müzakirə olunub.

Həmin kateqoriyadan