- Baxış sayı: 105
- 11 Fevral 2026 19:25
- Baxış sayı: 271
- Fevral 13, 2026
- 0

13-14 fevralda İtaliyanın Pila şəhərində keçirilən FİS paradağ xizəyi turnirinə yekun vurulub.
Allsport.az xəbər verir ki, LW3 kateqoriyasında çıxış edən paralimpiyaçımız Polad Rzayev beynəlxalq yarışda iki yürüşdə çıxış edib.
O, birinci mərhələni 1:28.10, ikinci mərhələni isə 1:46.24 nəticə ilə başa vurub və yarışı ümumilikdə 3:14.34 nəticəsi ilə başa vuraraq turniri 12-ci pillədə tamamlayıb.
Turnir 6-15 martsa İtaliyanın Milan və Kortina şəhərlərində keçiriləcək qış paralimpiya oyunlarına reytinq xalları qazandırır.