“Qazonun pis olması yerlə oynayan “Qarabağ”a daha çox təsir edəcək”

Şotlandiyanın “Seltik” klubunun məşqçisi Con Kollinz UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:

“Şübhəsiz ki, müəyyən narahatlıqlar var. Yaxşı məşq edirik. Amma meydanda nəyin necə olacağını oyun özü göstərəcək. ÇL-in üçüncü təsnifat mərhələsinin oyunu yaxşı stadionda keçirilməlidir. Amma elə olmasa da, bizim buna uyğunlaşmağımız lazımdır”.

“Bakı səfəri öncəsi mənə zəng edib dedilər ki, meydança o qədər də yaxşı vəziyyətdə deyil. Bunun matçın keçirilməsinə mane olacağını düşünmürəm. Amma meydançanın yaxşı olmayacağı dəqiqdir. Orada çox yüksək temperatur hökm sürür. Bu da qazona təsirsiz ötüşməyib. Lakin meydançanın durumunun necə olmasından asılı olmayaraq, hər iki komanda eyni şərtlər altında oynayacaq”.

“Seltik”in çalışdırıcısı qazonun pis vəziyyətdə olmasının “Qarabağ”a daha çox təsir edəcəyini dilə gətirib: “Qarabağ” yerlə oynamağı sevən komandadır. Ona görə də qazonun durumu bizim kimi, onlara da təsir göstərəcək. Bu, ideal olmasa da, hər halda futboldur. İstənilən hava şəraitinə və meydana uyğunlaşmaq lazımdır”.

Həmin kateqoriyadan