- Baxış sayı: 49
- 19 Dekabr 2025 23:49

- Baxış sayı: 212
- Dekabr 19, 2025
- 0


İsveç Yüksək liqasında 28-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası növbəti matçına çıxıb.
“Kalmar” doğma meydanda “Gefle” ilə qarşılaşıb. Ev sahibləri bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:1. Futbolçumuz görüşə start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, 30-cu dəqiqədə sarı vərəqə də alıb.
“Qırmızı qardaşlar” geridə qalan turlarda topladığı 41 xalla 16 klub arasında 6-cı pillədə qərarlaşıb.