- Baxış sayı: 39
- 26 Dekabr 2024 12:26
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək boksçular arasında Avropa çempionatında daha bir medal qazanıb. Allsport.az xəbər verir ki, yığmamızın aktivinə növbəti mükafatı Nicat Hüseynov yazdırıb.
51 kq-da çıxış edən boksçumuz qitə birinciliyini gümüş medalla başa vurub. Bu, Hüseynovun Avropa çempionatlarında qazandığı 3-cü medal olub. O, daha öncə U-22-lər arasında 2 dəfə çempion tituluna yiyələnib.
Yığmamızın Sofiyada əldə etdiyi medalların sayı isə 3-ə yüksəlib. Hüseynovdan öncə Tural Sarıyev (48 kq) ikinci, Marjona Savriyeva (50 kq) üçüncü yeri tutub.