- Baxış sayı: 101
- 20 Noyabr 2025 19:37
- Baxış sayı: 79
- Dekabr 05, 2025
- 0

Yunanıstanın Saloniki şəhərində 15 və 17 yaşlı yeniyetmə ağırlıqqaldıranların Avropa birinciliyinə start verilib. Allsport.az saytı xəbər verir ki, 36 ölkədən 461 (218 qız + 243 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan seçməsi mübarizəyə qoşulub.
İlk olaraq Nuray Əbilova körpücük üzərinə çıxıb. O, yaşı 15-ə qədər olan atletlər arasında 40 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Birdən qaldırmada 49 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb.
Təkanla qaldırmada 57 kq-ı başı üzərinə qaldırıb və 5-ci olub. Toplam 106 kq (49+57) nəticə ilə yekun sıralamada 4-cü yeri tutub.