- Baxış sayı: 35
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 52
- Dekabr 05, 2025
- 0

“Real Madrid”in hücumçusu Kilyan Mbappe 2024/25 mövsümünün “Qızıl buts” mükafatını qazanıb.
Allsport.az xəbər verir ki, 26 yaşlı futbolçu la liqada debüt mövsümündə 31 qol vurub.
“Sportinq”in hücumçusu Viktor Dyökereş daha çox qol vursa da, Portuqaliya çempionatının əmsalı zəif olduğundan fransalı oyunçu birinci yeri tutub.
2024/25 mövsümündə ən yüksək xal qazanan futbolçular:
1. Kilyan Mbappe (“Real Madrid”), 31 qol x 2 = 62 xal
2. Viktor Dyökereş (“Sportinq”), 39 x 1,5 = 58,5
3. Məhəmməd Salah (“Liverpul”), 29 x 2 = 58
4. Robert Levandovski (“Barselona”), 27 x 2 = 54
5. Harri Keyn (“Bavariya”), 26 x 2 = 52