“”Qızıl top” onundur”

“Əl-Hilal” və Braziliya millisinin hücumçusu Neymar “Real”ın cinah oyunçusu Vinisiusun “Qızıl top”u qazanacağına inanır.

Allsport.az xəbər verir ki, bu barədə o, “Globo esporte”yə açıqlama verib:

“Əlbəttə, “Qızıl top” onundur. Mən ona köklənirəm. Ona həm finaldan əvvəl, həm də sonra yazdım. Mən bu oğlanı çox sevirəm. Futbolun mənə verdiyi böyük dost. O, mütləq “Qızıl top”u qazanacaq.
Vinisius inanılmaz görünür, bayrağımızı bütün dünyada təmsil edir. Biz çox xoşbəxtik”.

Həmin kateqoriyadan