- Baxış sayı: 37
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Ötən gün jurnalist Rasim Əliyevin “Qəbələ”nin kapitanı Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünə dair xəbərlər yayılıb. Allsport.az xəbər verir ki, hadisə nəticəsində xəstəxanaya yerləşdirilən həmkarımız qabırğalarının sındığını və bir qulağının eşitmədiyini bildirib.
Artıq “Qəbələ”nin futbolçusu Cavid Hüseynov da jurnalist Rasim Əliyevin onun qohumları tərəfindən döyülməsi iddiası ilə bağlı fikirlərini açıqlayıb. Hüseynovun fikirlərini sizlərlə paylaşırıq:
“Adımın belə bir məsələdə hallanmasına görə çox üzgünəm. Jurnalist Rasim Əliyev “Qəbələ” – “Apollon” matçının ardından jurnalitlərlə söhbət zamanı göstərdiyim jesti əsas gətirərək məni “tərbiyəsiz, əxlaqsız” adlandırmışdı. Mən də məsələ ilə bağlı Rasim Əliyevə zəng etdim. Mədəni insan kimi haqqımda yanıldığını, jesti düzgün anlamadığını, o jesti dostluq mənasında göstərdiyimi söylədim. Əgər mənim və ailəm haqqında məlumat almaq istəyirsə, məhəlləmizə gəlməsini, qonşularımdan, bizi tanıyanlardan əxlaqım, tərbiyəm və ailəm barədə məlumat almasını tövsiyə etdim. O da məni anladı. Anlaşmazlıq olduğunu, “Facebook” vasitəsilə məndən üzr istəyəcəyini dedi. Normal şəkildə vidalaşdıq. Sonradan baş verənlərdən isə xəbərsizəm. Məsələni araşdırırıq. Yəqin sabah məsələyə tam aydınlıq gələcək”.