Qol güləşçilərimizdən 4 medal

Polşanın Yavorzno şəhərində qol güləşi üzrə Avropa çempionatında yeniyetmələr arasında Rəşad Quluzadə (sol qol) qızıl, (sağ qol) gümüş, İsmayıl Mustafayev (sol qol və sağ qol) 2 qızıl medal qazanıblar.

Allsport.az xəbər verir ki, Azər Məhərrəmov (master men, sol qol və sağ qol) 2 qızıl medal qazanıb. Rəşad İsrafilov (sol qol və sağ qol) 2 qızıl medala layiq görülüb. Böyüklər arasında Elvin Salehli (sol qol) bürünc, İsmayıl Mustafayev (sol qol və sağ qol) 2 qızıl, Rəşad Quluzadə (sol qol) qızıl, (sağ qol) gümüş, Toğrul Şahlarlı (sağ qol) qızıl, Hüseyn Amanlı (sağ qol) gümüş, Azər Məhərrəmov (sağ qol) gümüş, Emin İsabəyov (sağ qol) qızıl medala yiyələniblər. Komanda hesabında ümumi xallar üzrə üçüncü yerdə, böyüklər arasında isə birinci yerdə qərarlaşıblar.

Həmin kateqoriyadan