- Baxış sayı: 31
- 23 Mart 2026 12:22
- Baxış sayı: 32
- Aprel 08, 2026
- 0

Aprelin 8-də “Azərbaycan qolf federasiyası” ictimai birliyinin ümumi yığıncağı keçirilib. Allsport.az saytı xəbər verir ki, gənclər və idman nazirliyinin inzibati binasında keçirilən tədbir dövlət himnimizin səsləndirilməsi ilə başlanıb. Çıxış edən nazir Fərid Qayıbov iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
AQF-in prezidenti Rauf Xəlilov çıxış edərək bu idman növünün inkişafı üçün görülən işlərin əhəmiyyətini vurğulayıb. Sonra ictimai birliyin 2022-2025-ci illər ərzində görülən işlər barədə hesabatı təqdim olunub. Gündəlikdəki məsələlər təsdiq olunduqdan sonra qolf federasiyasının nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb və səsvermə nəticəsində bu qəbul olunub.
Yığıncaqda federasiya rəhbərliyinə seçkilər də keçirilib. Səsvermənin nəticələrinə əsasən, Rauf Xəlilov növbəti 4 il müddətinə federasiyanın prezidenti, Zakir İbrahimov və Anar Əzimov vitse-prezidentləri, Kamran Qasımov, Zaur İbrahimov və Kamal İbrahimov isə İdarə Heyətinin üzvləri seçiliblər. Nəzarət-təftiş komissiyasına da seçkilər keçirilib. Afaq Zeynalova sədr, Nigar İbrahimova və Səmayə Rəsulzadə isə üzv seçiliblər.