Qriliş icarəyə verilir

“Everton” Cek Qrilişi icarəyə götürmək üçün “Mançester Siti” ilə danışıqlar aparır.

Allsport.az xəbər verir ki, 29 yaşlı futbolçu baş məşqçi Pep Qvardiolanın planlarına daxil olmadığı üçün komandadan ayrılacaq.

Qriliş keçən mövsüm yalnız yeddi dəfə premyer liqa matçının əsas heyətində oyuna çıxıb. İngiltərə millisinin futbolçusu “Siti”yə 2021-ci ildə 100 milyon funt-sterlinqə keçib və onunla 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.

Həmin kateqoriyadan