- Baxış sayı: 29
- 13 Mart 2026 23:43
- Baxış sayı: 128
- Mart 13, 2026
- 0

“Atletiko Madrid” ulduzu Antuan Qrizmannı itirib.
Allsport.az xəbər verir ki, 34 yaşlı fransalı hücumçu məşq zamanı sol ayaq əzələsindən zədələnib. Müayinə nəticəsində onda kiçik əzələ dartılması aşkarlanıb. Bu səbəbdən Qrizmannın yanvarın 25-də “Malyorka” ilə keçirilən oyunu buraxacağı bildirilir.
Bu mövsüm 30 oyunda 10 qol vuran forvardın yaşıl meydanlara qayıdışı bərpa prosesindən asılı olacaq.