- Baxış sayı: 54
- 19 Dekabr 2025 23:49
- Baxış sayı: 127
- Dekabr 19, 2025
- 0

Portuqaliya çempionatının 2-ci Liqasında 29-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası – “Atletiko” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Akademiko Vizeu” ilə üz-üzə gəlib. Oyun “Atletiko”nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Quluzadə isə matçın sonuna kimi ehtiyat oyunçular skamyasında oturub.
Qeyd edək ki, “Atletiko” hazırda 30 xalla 19-cu yerdə qərarlaşıb.