Quluzadə yeni baş məşqçi ilə 90 dəqiqə oynadı

Portuqaliya ikinci liqasında 38-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası – “Atletiko” da növbəti matçına çıxıb.

Lissabon təmsilçisi səfərdə “Farense” ilə qarşılaşıb. Matç futbolçumuzun klubunun 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Yeni baş məşqçi ilə ilk oyun komandası üçün uğursuz alınsa da, Amit üçün düşərli olub. Belə ki, start heyətdə meydana çıxan futbolçumuz sonadək mübarizə aparıb.

Qeyd edək ki, “Atletiko” hazırda 35 xalla 22-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan